Interposta.Info

Azərbaycanda “Omicron” aşkarlanıb? - Açıqlama

 

Müxtəlif
 9-12-2021, 21:23     8 423

"Tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və vaksinasiya kimi həyata keçirilən qabaqlayıcı tədbirlərin faydası görülməkdədir”.

"İnterPosta" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşündə deyibn.

O qeyd edib ki, vaksinasiya prosesinin geniş vüsət aldığı ərazilərdə ölüm halları nəzərəçarpacaq dərəcədə azalmaqdadır:

"I doza önəmli olsa da, vaksin öz təsirini II dozadan sonra göstərir”.

Hande Harmancı xüsusilə risk qrupuna daxil olan şəxslərin vaksin olunmalarının vacibliyinə toxunub:

"Tibb işçiləri, yaşı 65 və daha yuxarı olan şəxslər, həmçinin hamilə qadınlar vaksin olunmalıdırlar. Son zamanlar mütəxəsislər hamilə qadınların da vaksin olunmaları yönündə fikirlər bildirirlər”.

O, COVID-19 virusunun yeni ştamlarından da söz açıb.

5-14 yaş arası uşaq və yeniyetmələr arasında "Delta-M” və "Omicron” ştamlarına yoluxma hallarının artdığını bildirən Hande Harmancı Azərbaycanda hələlik "Omicron” ştamına rast gəlinmədiyini də qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26