“Facebook”un işində problem yarandı
Dünyanın bir sıra ölkələrinin "Facebook” istifadəçiləri sosial şəbəkənin işində nasazlıqla qarşılaşıblar.
Bu barədə məşhur internet-resurslarda nasazlıqları izləyən "Downdetector” saytı məlumat yayıb.
Portalın məlumatına görə, problemlər təxminən Bakı vaxtı ilə saat 16.00-da yaranıb. Nasazlıqlar daha çox ABŞ-da, Fransada, Polşada, Belçikada və Böyük Britaniyada qeydə alınıb.
"Downdetector”un məlumatına görə, istifadəçilərin 69%-i xəbər lentində problemlərlə qarşılaşıblar, istifadəçilərin 15%-i sosial şəbəkənin fəaliyyətsizliyindən şikayət ediblər.
Qeyd edək ki, Azərbaycanda da "facebook” istifadəçiləri sosial şəbəkənin fəaliyyətində problemlərlə üzləşiblər./report
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26