Pakistanda 93 nəfər havanın qurbanı oldu
Pakistanın regionlarına yağan güclü yağış və qar nəticəsində ölənlərin sayı artıb.
APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, ölənlərin
sayı 93 nəfərə çatıb, daha 53 nəfər yaralanıb.
Hava qurbanlarından 66-sı Azad Kəşmir bölgəsinin payına düşür. Bəlucistanda 20, Pəncabda isə ən azı 7 nəfər əlverişsiz havanın qurbanına çevrilib.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26