Interposta.Info

Ərdoğanın əcdadları ilə bağlı bilmədiklərimiz: Qafqaz yolu...

Ölkə
 5-12-2019, 08:55     404

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsinin kökü Mərkəzi Asiyaya bağlıdır.

Bu barədə türkiyəli yazar Murad Ümidin "Güneysu Səyahətnaməsi" adlı kitabında məlumat yer alıb.

Kitabda qeyd edilir ki, Ərdoğanın əcdadları Mərkəzi Asiyadan Qafqaz bölgəsinə gəlib, daha sonra Anadoluya köç edib:

"Güneysu bölgəmizin bütün kəndlərini, məhəllələrini, bir sözlə, hər qarışını gəzdik. Prezident Ərdoğanın ailə tarixini də dərindən araşdırmaq imkanımız oldu. Ərdoğanın ailəsinin Dumanqaya kəndinin ən qədim və izdihamlı ailələrdən biri olduğunu arxivlərdən təsbit etdik. Qaynaqlara əsasən, 1515 və 1550-ci illər arasında Güneysunun (Keçmiş adı Potomya və Salarha vadisi) ailəsi bir ilkə imza ataraq müsəlmanlığı qəbul edib. Prezident Ərdoğanın ailəsi də bu bölgənin köklü və qədim ailəsidir"./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26