Ərdoğanın korteji saxlanıldı -
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avtomobil karvanı Hamburqda saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, G-20 sammitində iştirak etmək üçün Almaniyaya gələn Ərdoğanın kortejinin dayandırılmasına səbəb təhlükəsizlik məsələləri olub.
Məlumatlara görə, alman polisi Ərdoğanın qaldığı otelin yaxınlığında silahlı şəxsi yaxalayıb. Olayın təfərrüatları açıqlanmır.
interposta.info


![]()
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

