Interposta.Info

Vladimir Zelenskini Bodrumda Ərdoğanın şəxsi mühafizəsi qoruyur

Dünya
 29-04-2019, 12:29     10 319

Türkiyənin Bodrum şəhərində istirahət edən Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin mühafizəsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi mühafizə xidməti həyata keçirir.

ONA-nın məlumatına görə, bu barədə “Strana” portalına yerli polisdən məlumat verilib.

"Hazırda kurort şəhərində müxtəlif ölkələrdən 20-yə yaxın yüksək vəzifəli məmur istirahət edir. Lakin heç kəsə xüsusi diqqət yoxdur. V.Zelenskini qoruyan R.T.Ərdoğana məxsus şəxsi mühafizəçilər isə çox ciddidir. Jurnalistlər onun restoranda yemək yeyən zaman şəklini çəkmək istəyərkən mühafizəçilər bunun qarşısını alıblar”,- deyə mənbə məlumat verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26