Interposta.Info

Ərdoğanın xoşuna gələn bu iki gənc qız… -

Dünya
 23-05-2017, 16:38     587

AKP-nin sonuncu növbədənkənar qurultayında Mərkəz Qərar və İdarə Heyətinə (MKYK) iki gənc qız seçilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 20 yaşlı gənclərdən birinin adı Yasəmən Atasevər, digərininki Rumeysa Kadakdır.

Yasəmən Atasevər skripka çalır, zərgərlik və dizayn işləri ilə məşğul olur. O, həm də universitetdə birinci kursda oxuyur. Üzv olduğu Gənclər Təşkilatında "Latın Amerikasında media, təhsil, hüquq, siyasət və iqtisadiyyat"ı mövzularında çıxışlar edir. Rumeysa Kadak isə Meridian Dərnəyində üzv və universitetdə tələbə həmkarlar təşkilatının sədr müavinidir.

Ərdoğanın diqqəti sayəsində gənc qızlar AKP-də irəli çəkilib.

Qeyd edək ki, son konstitusiya dəyişikliyindən sonra AKP-yə sədr seçilmək hüququ alan Rəcəb Tayyib Ərdoğan partiyadan gəncləşmə kursuna start verib.

interposta.info
Ərdoğanın xoşuna gələn bu iki gənc qız… -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26