Interposta.Info

Xızıya 22 sm qar yağdı

Ölkə
 23-11-2019, 14:32     300

Şimal bölgəsində ən çox qar Xızının Altıağac qəsəbəsinə yağıb. Burada qarın hündürlüyü 22 santimetr, temperatur isə mənfi 6 dərəcə olub.

Axar.az xəbər verir ki, noyabrın 23-də Quba, Qusar və Xızı rayonlarına qar yağmaqda davam edib.

Qubanın Qırız kəndində 16, Xınalıqda 12, Təngəaltında 18, rayon mərkəzində isə 7 santimetr qar müşahidə olunub. Qubada Xınalıq kəndində ən aşağı temperatur - mənfi 18 dərəcə qeydə alınıb.

Qusarın Ləzə kəndində qarın hündürlüyü 16 santimetrə çatıb, temperatur isə mənfi 15 dərəcəyədək aşağı düşüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26