Interposta.Info

Şimal bölgəsində temperatur mənfi 20 dərəcəyədək endi

 

Ölkə
 21-01-2022, 09:48     324

Şimal bölgəsində mənfi 20 dərəcə temperatur qeydə alınıb.

Qubanın Qrız kəndində qarın hündürlüyü 19 sm, havanın temperauru isə mənfi 20 dərəcə olub.

Rayonun Xaltan kəndində qarın hündürlüyü 15 sm, havanın temperaturu isə mənfi 12,6 dərəcəyədək enib.

Qubanın rayon mərkəzində də 20 sm qar, mənfi 5,6 dərəcə şaxta qeydə alınıb.

Xızının Altıağac qəsəbəsində 16 sm qar, havanın temperaturu mənfi 9,6, Qusarda 4 sm qar, temperatur mənfi 8,8, Şabranda isə 3 sm qar, havanın temperaturu mənfi 1,7 dərəcə olub./apa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26