Interposta.Info

Qubaya 14 sm qar yağdı

Ölkə
 3-11-2019, 11:49     10 329

Azərbaycanın şimal bölgəsində yerləşən Quba və Qusar rayonlarının bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağıb.

Qubanın dağ kəndləri olan Xınalıq, Qrız, Xaltan və Qonaqkənd kəndləri ağ örpəyə bürünüb. Ən çox yağıntı Qubanın Xınalıq və Qırız kəndinə düşüb. Belə ki, kəndlərdə qarın hündürlüyü 14 santimetrə çatıb.

Xaltan kəndindəki dağlarda isə qarın hündürlüyü 4 santimetr təşkil edir, temperatur da kəskin dəyişməyib. Qonaqkənd qəsəbəsinə isə az miqdarda qar yağıb.

Həmçinin, Qusarın Ləzə kəndinə də qar yağıb. Qarın hündürlüyü 10 santimetr, temperatur mənfi 10 C° təşkil edib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26