Interposta.Info

Azərbaycanda qar ən çox bura yağdı: Agentlik hərəkətə keçdi

Ölkə
 19-02-2019, 11:16     10 373

Azərbaycanın şimal rayonlarına 14 santimetrədək qar yağıb. Ən çox yağıntı Xızı rayonunun Altıağac qəsəbəsində qeydə alınıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Azərtac-a bildirilib ki, dağlıq ərazilərdə temperatur mənfi 11 dərəcəyədək aşağı düşüb.

Qubanın Qırız kəndinə 6, Xaltana 10, Xınalığa 8, Təngəaltına 13, Qusar rayonunun Ləzə kəndinə isə 7 santimetr qalınlıqda qar düşüb. Qubanın rayon mərkəzində qarın qalınlığı 11 santimetrdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsindən bildirilib ki, Quba-Xınalıq yolu qardan təmizlənir. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.

Üç texnika və 15 nəfərdən ibarət növbətçi briqadalar yolun daha təhlükəli sayılan hissələrinə nəzarət edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26