Interposta.Info

Qubada təbii fəlakət: Güclü sel yolları bağladı

Ölkə
 28-06-2019, 12:17     10 365

İyunun 27-də axşam saatlarında Quba rayonunun dağlıq ərazilərinə güclü yağış yağıb.

İnterPosta.info APA-ya istinadən xəbər verir ki, yağıntı əsasən rayonun Qonaqkənd, Xaltan və Söhüb kəndləri ərazisinə düşüb.

Güclü selin gətirdiyi axıntı nəticəsində kəndarası yollar bağlanıb. Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, güclü yağış fərdi təsərrüfatlara ziyan vurub. Həmçinin ötən gün axşam saatlarında Quba-Xınalıq yolu müvəqqəti bağlanıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, Qubanın Söhüb kəndinə 22 dəqiqəyə 23 mm yağıntı düşüb. Bu, normadan artıq olmaqla bərabər, xüsusi təhlükəli hidrometeoroloji hadisə kimi qiymətləndirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26