Interposta.Info

Zaqatalaya yağan dolu təsərrüfata ziyan vurub

Ölkə
 29-05-2019, 08:23     10 728

Zaqatalaya leysan yağış və dolu yağıb.

Bu gün axşam saat 20:00 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.

Bölgəyə fasilələrlə leysan yağış və dolu yağıb. Bölgədə ən çox yağış Zaqatala rayonu ərazisinə düşüb. Rayonun Aşağı Tala və Yuxarı Tala kəndlərinin ərazilərinə güclü küləklə müşahidə olunan leysan yağışı, 15 dəqiqə ərazində noxud böyüklüyündə dolu yağıb. Dolu nəticəsində sakinlərin həyətyanı sahəsindəki meyvə ağaclarına və əkin sahələrinə ciddi ziyan dəyib./ona

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26