Interposta.Info

Tələbə adı qazananların nəzərinə: bu sənədlər lazım olacaq (SİYAHI)

Ölkə
 9-08-2019, 12:42     10 427

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin nəticələrini elan edib.

Tələbə adı qazanan şəxslər 2019-cu il avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Təhsil eksperti Kamran Əsədov tələbə adını qazananlara qeydiyyat vaxtı və lazım olan sənədlərlə bağlı açıqlama verib:

Bundan sonrakı görüləcək işlərin təqvimini ekspert mərhələlərə bölüb.

- Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ) 15 - 27 avqust

- Boş qalan yerlərə ixtisas seçimi 15 - 19 avqust

- Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 23 avqust - 2 sentyabr

Qeydiyyat üçün lazım olan sənədlər:

1. Orta təhsil haqqında sənəd (attestat), subbakalavrlar (kollec) diplomu;
2. 4 foto (ölçü 3x4sm);
3. Tibbi arayış (sağlamlıq haqqında);
4. Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli tələbələr üçün);
5. Şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsinin surəti;
6. Tələbənin FİN kodu və parolu (iş nömrəsi);
7. Ağ qovluq (Sənədlər üçün).
8. Məcburi köçkün vəsiqəsi.


Qeyd 1: 18 yaşa çatmamış tələbələrlə müqavilə bağlanması üçün valideynlərindən birinin qeydiyyatda iştirakı mütləqdir.

Qeyd 2:
Qanunda nəzərdə tutulan ödənişdən azad olunanlar ödənişdən azad olunmalarını təmin edən sənədin əslini təqdim etməlidirlər.

Qeyd 3: Bəzi ali təhsil müəssisələri əlavə sənəd tələb edə bilərlər. Bu barədə məlumatı həmin ali təhsil müəssisələrindən (facebook səhifələrindən həmçinin) əldə edə bilərsiniz.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26