Interposta.Info

Mingəçevir SES-də qəza: Bəzi yerlərdə işıqlar söndü

Ölkə
 29-06-2019, 13:33     10 350

Bu dəqiqələrdə Mingəçevir Su Elektrik Stansiyasında tüstülənmə baş verib.

Bu barədə Mingəçevi sakinləri BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər.

Verilən məlumata görə, hadisə yarım saat bundan əvvəl qeydə alınıb.

Hadisə nəticəsində bəzi yerlərdə işıqların söndürüldüyü qeyd edilir.

Sayt hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, stansiyada yaranmış problem aradan qaldırılıb.

"Xırda texniki hadisə olub. Heç bir ciddi müdaxiləyə ehtiyac olmayıb. Hadisənin qarşısı dərhal alınıb. Problem aradan qaldırılıb”, - deyə məlumatda bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26