Interposta.Info

Bakıda çoxmərtəbəli binada sakinlər üçün təhlükə aradan qaldırıldı

Ölkə
 8-01-2022, 09:34     451

Bakıda çoxmərtəbəli binada sakinlər üçün təhlükə aradan qaldırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən şüşədən ibarət üzlüyün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində yaranmış təhlükə aradan qaldırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26