Interposta.Info

Bakıda xəstəxananın dam örtüyü uçdu

Ölkə
 13-02-2020, 15:18     287

Bakıda xəstəxana binasının dam örtüyünün bir hissəsi yerindən qopub.

Bu barədə "İnterPosta"ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda altımərtəbəli xəstəxana binasının dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26