Interposta.Info

Bakı metrosunda hadisə - Ətrafa qara tüstü yayıldı
 

Ölkə
 16-06-2021, 10:34     354

Bakı metrosunun Əhmədli stansiyasında problem yaşanıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər.

Bildirilib ki, stansiyada qatı tüstü yayılıb. Bu səbəbdən də, sərnişinlər təşvişə düşüblər.

Məsələ ilə bağlı Bakı Metropoliteninin Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, "Əhmədli" stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.

"Elektrik mühafizəsi dərhal işə düşüb, onu açıb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb.

Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub.

Metropolitenin iş rejimində dəyişiklik yoxdur”, - deyə açıqlamada vurğulanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26