Interposta.Info

Gürcüstan azərbaycanlılarından "spirt" etirazı (FOTO)

Ölkə
 10-05-2019, 15:11     10 454

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda etiraz aksiyası keçirilib.

İnterPosta.info
"Report”a istinadən xəbər verir ki, aksiya iştirakçıları Qardabani rayonunda fəaliyyət göstərən spirt zavodunun xoşagəlməz iyindən narahatlıqlarını bildiriblər.

Zavod ətrafında yerləşən kəndlərin sakinlərinin sözlərinə görə, bu məsələ ilə bağlı rayonun aidiyyatı orqanlarına dəfələrlə müraciət etsələr də, bu günə qədər heç bir addım atılmayıb.

Problem aradan qaldırılmayana qədər Qardabani sakinləri etiraz aksiyalarını davam etdirəcəklərini deyiblər.

Qardabani rayon bələdiyyəsinin sədr müavini Rəfi Orucov "Report”a açıqlamasında bildirib ki, zavodun məxsus olduğu şirkətin rəhbərliyi ilə problemin aradan qaldırılması ilə bağlı görüş keçirilib: "Görüşdə yerli sakinlər də iştirak ediblər. Bu ayın sonuna qədər problemin həll olunması ilə bağlı razılıq əldə olunub”.

İnterPosta.info
Gürcüstan azərbaycanlılarından "spirt" etirazı (FOTO)
Gürcüstan azərbaycanlılarından "spirt" etirazı (FOTO)
Gürcüstan azərbaycanlılarından "spirt" etirazı (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26