Interposta.Info

Ermənistanda etiraz aksiyası: Mərkəzi küçələr bağlandı

Dünya
 22-11-2021, 14:32     333

Bu gün səhər saatlarında bir qrup erməni İrəvanın bəzi əsas küçələrini 44 dəqiqəlik bağlayıb.

Qaynarino xəbər verir ki, aksiyaçılar arasında keçmiş deputat Sofya Hovsepyan, jurnalist Nairi Hoxikyan və vəkil Ara Zohrabyan olub. Onlar Nikol Paşinyanla bağlı sərt tələblərlə çıxış ediblər.

Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyəcəyi təqdirdə kütləvi itaətsizlik aksiyalarını davam etdirəcəklərini qeyd ediblər. Onlar Ernənistanın suveren ərazisindən "qeyri-qanuni yollarla daxil olan düşməni” qovmağı, Zəngəzurdan türklərə dəhliz verməməyi tələb ediblər.

Etirazçılar vətəndaşları ölkəni müdafiə etməyə çağırıb, Ermənistan və Qarabağın təhlükə altında olduğunu bildiriblər. Onlar dəhlizin açılmasına etiraz etmək üçün hamını etiraz etməyə çağırıblar.

Səhər saatlarından İrəvanın müxtəlif küçələri, o cümlədən Arşakunyats prospekti, Tiqran Mets prospekti, Baqramyan prospekti, Qələbə körpüsü bağlanıb.

Qeyd edək ki, bu gün saat 17:00-da İrəvanın Respublika meydanında növbəti aksiya planlaşdırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26