Interposta.Info

Ramana sakinləri aksiya keçirdilər - FOTO

Ölkə
 1-03-2019, 14:03     10 501

Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan sakinlər küçələrə çıxaraq, yolu bağlayıblar.

Sakinlərin əsas tələbləri budur ki, Şuşa şəhərciyinin kanalizasiya sistemi bərpa edilsin. Sakinlər bildiriblər ki, Şuşa şəhərciyinin kanalizasiya sistemi bərbad olduğu üçün həyətləri suyun içərisindədir. Sakinlərin sözlərinə görə, hər il qış aylarında yollara su yığılması səbəbindən, hərəkət edə bilmirlər. Bildiriblər ki, həyətlərinin də su ilə dolması evlərini yararsız ala salıb, aşınmaya məruz qoyub.

Aksiya keçirən sakinlərin tələbləri Sabunçu rayon icra başçısının əraziyə gəlməsi, kanalizasiya sisteminin çəkilişi ilə bağlı konkret göstəriş verməsi olub. Sakinlər bildiriblər ki, indiyə qədər dəfələrlə rayon icra hakimiyyətinə müraciət edib, problemlərini deyiblər. Onlara hər dəfə kanalizasiya sisteminin çəkiləcəyi ilə bağlı söz verilsə də, bu günə qədər əməl olunmayıb.

Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb, münasibətlərini aldıq. İcra hakimiyyətindən bildirildi ki, narazı sakinlərin şikayətlərinə baxılıb, müvafiq tədbirlər görüləcək./musavat.com

İnterPosta.info

Ramana sakinləri aksiya keçirdilər - FOTO
Ramana sakinləri aksiya keçirdilər - FOTO
Ramana sakinləri aksiya keçirdilər - FOTO
Ramana sakinləri aksiya keçirdilər - FOTO
Ramana sakinləri aksiya keçirdilər - FOTO
Ramana sakinləri aksiya keçirdilər - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26