Interposta.Info

Qaradağın icra başçısı sakinləri hədələdi –

Ölkə
 20-01-2017, 15:07     1 239

Qaradağın icra başçısı sakinləri hədələdi –

Bu gün Bakının Qaradağ rayonunda sakinlər Bakı-Astara magistral yolunu bağlayaraq uzun tıxac yaranmasına səbəb olublar.

interposta.info bildirir ki, Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sakinlər yerüstü keçidin tikilməsini tələb ediblər:

“Üç gün öncə Səngəçal qəsəbəsi ərazisində 9 yaşlı oğlanı maşın vurub, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Bu gün isə qəsəbə sakinləri həmin hadisə ilə bağlı toplaşıblar. Onlar ərazidə yerüstü piyada keçidinin tikilməsini tələb ediblər. Sakinlərin toplaşması bir müddət yol hərəkətinə mane olub. Hazırda isə avtomobillərin hərəkəti bərpa edilib”.
K.Əliyev bildirib ki, sakinlərin tələbi ilə bağlı müvafiq qurumlar ərazidə sakinlərl müzakirə aparıblar.
***
interposta.info xəbər verir ki, qəsəbə sakinlərindən BakiPost.az-a verilən məlumata görə, məsələ ilə bağlı dəfələrlə Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edilib. Lakin heç bir nəticəsi olmayıb. Onların sözlərinə görə, icra başçısı Süleyman Mikayılov onları daha yuxarı orqanlara müraciət etdiklərinə görə hədələyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26