Interposta.Info

Rayona getmək istəyənlər geri qaytarılır - Bakının çıxışında tıxac

Gündəm
 13-06-2020, 14:53     733

Hazırda Bakının çıxış nöqtələrində böyük tıxac yaranıb. Bu gecə saat 12-dən tətbiq ediləcək sərt karantin rejimində evdə qalmaq istəməyənlər rayonlara üz tutub.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "İnterPosta"ya açıqlamasında bildirib ki, Azərbaycanda iyulun 1-dək karantin rejimi uzadılıb:

"Hazırkı qərara görə, bu müddətədək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda əhalinin təxirəsalınmaz hallardan başqa, şəhər ərazisini tərk etmək qadağandır. Hazırda Bakı, Sumqayıt və Abşeron rayonunun sakinləri ikigünlük karantin dövründə istirahət üçün rayonlara üz tutub. Buna görə də Bakı-Quba, Bakı-Şamaxı və Bakı-Ələt-Astara istiqamətində quraşdırılmış polis postlarında sıxlıq yaranıb. Çünki Bakı, Sumqayıt və Abşeron sakinləri həmin postlarda saxlanılaraq geri qaytarılır. Vətəndaşlara müraciət edirik ki, rayonlara getməyə cəhd etməsinlər, çünki geri qaytarılacaqlar".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26