Interposta.Info

DİN-dən bu həftə rayonlara getmək istəyənlərə müraciət

Ölkə
 18-01-2021, 11:27     382

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi çərçivəsində rayonlar və şəhərlərarası sərbəst hərəkətə qoyulan məhdudiyyətlə bağlı vətəndaşlara müraciət edib.

DİN BDYPİ-dən "İnterPosta"ya daxil olan məlumatda qeyd edilir ki, Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa tətbiq olunmuş məhdudiyyətlər 2021-ci il 25 yanvar saat 00:00-dək uzadılıb.

Bunu nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha vətəndaşlardan müəyyən edilmiş qaydada icazəsi olmayanların respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd etməmələrini, göstərilən müddətədək səbirli olmaqla mövcud qaydalara ciddi riayət etmələrini xahiş edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26