Interposta.Info

Xırdalanı kanalizasiya suları basdı -

Ölkə
 19-06-2017, 07:28     637

Xırdalanda kanalizasiya borularında yaranmış nasazılq ucbatından xırdalanda dözülməz vəziyyət yaranıb.

Şəhər sakinlərindən BakuPost.az-a daxil olan məlumata görə, bir neçə gündür Nizami küçəsində, Aytac şadlıq evinin yaxınlığında kanalizasiya borusu partlayıb, həmin küçəni və yaxınlıqdakı məhəllələri çirkab su basıb.

Kanalizasiya suları hətta Mehdi Hüseynzadə küçəsinə qədər gedib çatıb, oradan Bakı-Sumqayıt yoluna kimi böyük bir əraziyə yayılıb.

Sakinlər ərasidə antisanitariyanın baş alıb getdiyini və dəhşətli qoxudan nəfəs ala bilmədiklərini söyləyiblər.

Problemlə bağlı aidiyyatı qurumlar heç bir tədbir görmür.

Qeyd edək ki, Xırdalan şəhərinin su və kanalizasiya xətlərinin bərbad olması barədə məlumat mətbuatda tez-tez yayımlanır.

interposta.info
Xırdalanı kanalizasiya suları basdı -
Xırdalanı kanalizasiya suları basdı -
Xırdalanı kanalizasiya suları basdı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26