Binəqədi su altında qaldı: Sakinlər çarəsiz durumda -
Binəqədi rayonu, Binəqədi şosesi ətrafındakı yaşayış evləri yağış suları altında qalıb. İki gündür yağan güclü yağış hər tərəfi iflic edib
Ara küçələr və nəqliyyatın hərəkət etdiyi əsas yol bərbad durumdadır. Kanalizasiya xətləri olmadığından yağış suları onlarla evin həyətinə dolub. Sakinlər küçəyə çıxamağa çətinlik çəkirlər. Evlərinin zirzəmisinə dolan suyu matorlar vasitəsi ilə kənara vururlar.
Musavat.com xəbər verir ki, əraziyə FHN və “Azərsu” ASC-nin əməkdaşları cəlb olunub. Onlar küçədə yaranan iri gölməçələri su nasosları vasitəsi ilə çəkməyə çalışırlar. Həmin istiqamətdə hərəkət demək olar ki, məhdudlaşıb. Gölün dərinliyi təqribən 20-25 santimetr, bəzi yerlərdə isə 40-50 santimetrə çatır.
Binqədi rayon sakini Elbrus Əsədov evinin yağış suları altında qaldığını bildirdi: “Ötən il də eyni vəziyyət oldu. Yağış suları həyətimə axdı, hər tərəfimiz su içində qaldı. Bu il yenidən eyni vəziyyətdir. Mənimlə yanaşı qonşuların da evləri su altında qalıb. Yağış suları zirzəmiyə dolub, döşəmələri bərbad vəziyyətə saldı. Buna baxmayaraq heç kim bizə kompensasiya vermədi. Bu il Binəqədi şosesinin kanalizasiya probleminin həll olunacağını demişdilər. İndi isə vəziyyət göz qabağındadır. Yağış yağan kimi əraziyə texnikaları salırlar ki, güya iş gedir. Bunu yağmazdan öncə fikirlşmək lazımdır”.
Sakinlər ara küçələrdə yaranan gölməçələri asfalt yola axıdıldığını bildirdilər: “ Bunların gördükləri iş gülüncdür. Deməli bizim küçədəki gölməçə sularını nasoslar vasitəsi ilə nəliyyatın intensiv hərəkət etdiyi yola axıdırlar. Orada da aləm bir-birinə dəyir. Bu səbəbdən də yollarda dərin çalalar əmələ gəlir, bərbad vəziyyətə düşür. Bu problem kökündən həllini tapmalıdır”.
Daha ətraflı təqdim edəcəyimiz videodan izləyin.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26