Interposta.Info

Sel suları Qobustanda fəsadlar törədib

Ölkə
 17-05-2017, 22:09     850

Bu gün səhər saatlarında Qobustan rayonuna yağan güclü leysandan sonra əmələ gələn sel suları bir sıra fəsadlar törədib.

APA-nın yerli bürosunun xəbərinə görə, dağlardan gələn sel suları Pirsaat çayında daşqına səbəb olub. Nəticədə Qobustanın Poladlı kəndinə xeyli ziyan dəyib. Kənd sakinlərinin sözlərinə görə, sel suları evlərin zirzəmilərini, həyətyanı və əkin sahələrini basıb, xeyli sayda ev quşları və mal-qara tələf olub. Həyətlərdə və küçələrdə lil qatı və keçilməz su gölməçələri yaranıb. Kənd ərazisindəki bir neçə elektrik dirəyi aşıb, naqillər qırılıb. Elə məhz bu səbəbdən kəndə elektrik enerjisinin verilməsi dayandırılıb. Bir neçə ev tamamilə su altında qaldığından sakinlər mənzillərini tərk etməli olublar.

Hazırda aidiyyatı qurumlar əraziyə baxış keçirir, əhaliyə dəymiş ziyan müəyyənləşdirilir. Elektrik enerjisinin bərpası və yollardan lil qatının təmizlənməsi işləri görülür.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26