Interposta.Info

Akim Bədəlovun

Ölkə
 20-02-2017, 19:26     623

Akim Bədəlovun

Sumqayıt şəhərində yerləşən Günəş panelləri zavodunun işçiləri etiraz aksiyası keçirir

Buna səbəb işçilərin iyun ayından bəri əmək haqqlarını ala bilməmələridir.

İşçilər etirazçılar davamlı olaraq sabah da zavodun rəhbəri Akim Bədəlovun Badamdar qəsəbəsində yerləşən şəxsi evinin qarşısında aksiya keçirəcəklərini bəyan ediblər.

Etirazçılardan mühafizəçi Vüsal İsayev zavod rəhbərliyinin ona 2 260 manat borcu olduğunu bildirir. Onun sözlərinə görə hazırda zavodun qarşısına 15-20 nəfər toplaşıb. Etirazçılar əmək haqqlarını tələb edirlər.

V. İsayevin sözlərinə görə zavod "Az-Alternativ enerji"yə məxsus olub. Adı çəkilən qurumun rəhbəri isə Akim Bədəlovdur.

V. İsayev hazırda zavodun Energetika Nazirliyinin nəzninə verildiyini bildirdi. Həmçinin etirazçılar hazırda sənədlə zavodun rəhbərinin Musayev Səbuhi Səməd oğlu olduğunu bildirdilər. (fins.az)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26