Interposta.Info

Nazirlik hüquq müdafiəçisinin şikayəti ilə bağlı araşdırma aparacaq

Ölkə
 8-05-2019, 14:27     10 276

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin və nazirlik nəzdindəki Monitorinq qrupuna müraciət edib. Müraciətdə əks olunan məsələ hər gün Xəzərə axıdılan radiasiya tərkibli maddə ilə bağlıdır.

"Düşünürəm ki, yoxlanılmasına ciddi ehtiyac duyulur. Təşkilatımıza daxil olan məlumatda qeyd olunur ki, Azneft strukturuna daxil olan Neft Daşları NQÇİ -nin Neft yığım məntəqəsindən hər gün Xəzər dənizinə neftdən ayrılan radiasiya tərkibli minimum 300 ton lay suları , Neft Daşları NQÇİ - rəisi Qoçəli Mahmudovun göstərişi ilə Xəzər dənizinə axıdılır. Bu hal artıq orada çalışan işçilərin gündəlik iş rejiminə çevrilib”

İnterPosta.info xəbər verir ki, Modern.az saytı məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova saytımıza açıqlamasında məsələnin diqqətdə olduğunu bildirib.

"Sözügedən məsələdən xəbərimiz var. Bununla bağlı əməkdaşlarımız araşdırma aparacaq və müvafiq izahatlar alınacaq”

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26