Interposta.Info

Bu gecə Bakıda işıqlar söndürüləcək

Ölkə
 30-03-2019, 17:04     10 416

Bu gün Azərbaycan "Yer saatı” beynəlxalq kampaniyaya qoşulacaq.

"Yer saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edən aksiyadır.

Hər il martın son şənbə günündə qeyd olunan bu aksiya zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları söndürülür.

Bu il isə hadisə 30 mart tarixinə təsadüf edib. Axşam saat 20:30-da bir saatlıq paytaxtın mərkəzində işıqlar söndürüləcək./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26