Interposta.Info

İcra başçısı ürək tutmasından ölməyib: Ekspertiza təyin edildi

Ölkə
 28-02-2019, 10:57     10 402

Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, R.İbrahimovun fevralın 24-də yaşadığı mənzildə vəfat etməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Müvafiq ekspertiza təyin olunub.

Ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

"Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, icra başçısı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.

Qeyd edək ki, ilkin məlumatda icra başçısının ürəktutmadan vəfat etdiyi qeyd olunurdu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26