Interposta.Info

İstanbulda Xocalı tədbirinə polis müdaxiləsi

Ölkə
 24-02-2019, 20:07     10 703

İnterPosta.info xəbər verir ki, bu gün İstanbul Taksim meydanında Bütöv Azərbaycan Ocaqları (BAO) Türkiyə Təmsilciliğinin və Turan Ocaqlarının təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar yürüyüş və mitinq keçirilib. Aldığımız məlumata görə tədbirdən sonra iştirakçılardan BAO Türkiyə Təmsilçisi Babək Türkoğlu, təmsilçilik üzvü Sədai Nəcəfli, başda Turan Ocaqlarının Başqanı Ercan Uçar olmaqla 17 təşkilat üzvü polis tərəfindən saxlanılıblar. Saxlanmaya səbəb kimi tədbirdə Azərbaycan bayrağının olması göstərilib.
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq Türkiyədə baş verənlərdən dərin narahatlıq keçirir və həbs olunanların buraxılmasını tələb edirik. Mitinqdə Azərbaycan bayrağının qaldırılmasını siyasi aksiya kimi qələmə verən Türkiyə İstanbul polisi bilməlidir ki, Xocalı soyqırımı bir siyasi məsələdir. Vaxtilə mənfur ermənilər dünyanın iri güclərinin dəstəyi bütün Anadolunu qana boyayıb Soyqırım törətdilər. Sonra bunu Azərbaycanda davam etdirdilər. Əsrin sonunda da Xocalı soyqırımını törətdilər. Əlbəttə, İstanbul polisi müəyyən bəhanələr gətirib deyə bilər ki, aksiya icazəsiz olmuşdur. Bildiyimizə görə, aksiyaya icazə verilibdir. Amma son dəqiqədə yeri dəyişdirilibdir. Biz, hesab edirik ki, bu məsələdə hansısa qüvvələr işə keçibdir. Həmin qüvvələrə Bütöv Azərbaycan Ocaqlarının artan nüfuzu sərf etmir. Əminik ki, bu hadisə qardaş Türkiyədə güclü qınaq obyektinə çevriləcəkdir!!!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26