Interposta.Info

İstanbul şəhərində Xocalı Soyqırımının 27-ci il dönümü

Müxtəlif
 28-02-2019, 10:52     10 449

Türkiyənin İstanbul şəhərində Xocalı Soyqırımının 27-ci il dönümü ilə bağlı tədbirlər davam edir. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın başlatdığı Xocalıya Ədalət kampaniyası çərçivəsində “Azərbaycan Gənçlərinin İstanbul Hərəkatının” (AGİH) təşəbbüsü və təşkilatçılığı ilə Avrasiya Stratejik Araştırmalar Mərkəzində (ASAM) bu təşkilatın rəhbərliyinin dəstəyi ilə Xocalı Soyqırımını anma, Xocalı həqiqtlərini təbliğ etmə xarakterli tədbir təşkil olunmuştur. Tədbirdə Xocalı Soyqırımını, orda baş verən qətliamı əks etdirən görüntülər təqdim olunub, daha sonra Xocalı həqiqətləri erməni terrorizmi haqqında çıxışlar olub. Çıxış edənlər arasında Azərbaycan Gənclərinin İstanbul Hərəkatının rəhbəri Rəşad Rza, rəhbərin müavini Araşdırmaçı yazar Sadiq İbrahimli, Araştırmaçı yazar Dr. Aygün Hasanoğlu, Araştırmacı-Jurnalist Dr. Mayis Əlizadə çıxış ediblər. Tədbirdə Azərbaycan Respublikasının İstanbuldakı Konsulu, Avrasiya Bir Vəqfinin başqanı Şaban Gülbahar, İstanbuldakı Azərbaycan Dərnəklərinin rəhbərləri, tanınmış ziyalılar, elm xadimləri, mətbuat nümayəndələri və tələbələr istirak etmişdir.

Hərəkatının rəhbəri Rəşad Rza öz çıxışında erməni terrorizminin kökü və yaranma səbəbləri hakkında məlumat verib.Azərbaycan Respublikası ilə qardaş Türkiyə Cumhuriyyətinin bu istiqamətdə birlikdə fəaliyyət göstərməyinin əhəmiyətini vurğulayıb. Hər iki ölkə gənclərini, Xocalı soyqrımını və ermənlərin etdikləri vəhşilikləri planlı şəkildə yaymasına və dünya ictimayətinə çatdırılmasına çağırmışdır.
Hərəkatın rəhbər müavini Araşdırmaçı yazar Sadiq İbrahimli isə öz çıxışında tarix boyu ermənilərə güzəştə gedildiyini, onlara qarşı heç bir ayrı seçkiliyin edilmədiyini, bunun nəticəsində fürsət əldə etdikləri zaman öz havadarlarının planlarına uyğun olaraq, onların dəstəyi ilə xaincəsinə həm Azərbaycana həmdə Türkiyəyə qarşı zaman zaman böyük torpaq iddialırı qaldırdıqlarını və bunu həyata keçirtmək üçün soyqırımlar, qətliamlar törətdiklərini qeyd edib. keçmişi unutmayıb, dəqiq şəkildə təhlil edib gənclərimizin bilgiləndirilməsinin vacibliyini vurğulayıb, bütün dünya xaqlarını bu hadisəyə, ümumən terrorizmə, erməni terrorizminə qarşı səsimizə səs verməyə, erməniləri isə dinç şəkildə yaşamaq istəyirlərsə bu hadisələrdən dərs çıxarıb keçmişdə buraxdıqları ağır səhvləri təkrarlamamağa, bu vəhşiliklərdən əl çəkməyə və qəsb etdikləri torpaqlarımızı tərk etməyə çağırıb.
Araştırmacı-Yazıçı Dr. Aygün Hasanoğlu çıxışında Xocalıda baş vermiş soyqırım faktlarını, orda insanların hansı amansızlıqlarla qadın qoca uşaq demədən qətlə yetirildiyini, Xocalı faciəsi haqqında olan rəsmi və gizlədilmiş faktları, öldürülən insan sayını, hadisə şahidlərinin, o hadisələrdən sağ və yaralı qurtulmuş insanların, əsir düşüb daha sonra əsirlikdən qurtulmuş insanların o hadisələr haqqında söylədiklərini, həmçinin 20 ci əsrin əvvəllərində ermənilər və onların havadarları tərəfindən Azərbaycan Türklərinə qarşı törədilmiş 31 Mart Soyqırımını, soyqırım nəticəsində dinc əhalinin amansızlıqla öldürülməsini, yüzlərlə kəndləri, yaşayış yerlərini dağıdıb viran qoymalarını diqqətə çatdırmışdır.
Araştırmacı-Jurnalist Dr. Mayis Əlizadə çıxışında ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş bir çox soyqırım faktlarına, cinayətlərə toxunub, bu faktların dünya miqyasında tanıdılması təbliğ olunması üçün Azərbaycan rəhbərliyinin, dövlət qurumlarının, təşkilatların göstərdikləri fəaliyyətləri, həmçinin qardaş Türkiyə Cumhuriyyətinin, Türkiyədə fəaliyyət göstərən sivil toplum quruluşlarının, təşkilatlarının, dərnəklərinin bu və digər soyqırım fakları ilə bağlı göstərdikləri fəaliyyətləri, verdikləri dəstəkləri barədə məlumat verib, həmçinin bir çox başqa ölkələrdə bununla bağlı görülən işlərə toxunmuşdur.

İnterPosta.info

İstanbul şəhərində Xocalı Soyqırımının 27-ci il dönümü
İstanbul şəhərində Xocalı Soyqırımının 27-ci il dönümü İstanbul şəhərində Xocalı Soyqırımının 27-ci il dönümü

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26