Interposta.Info

Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir BMM-də keçirildi – FOTOLAR

Müxtəlif
 26-02-2018, 12:17     10 500

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi tərəfindən 24 fevral 2018-ci il tarixdə BMM-də Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.

interposta.info
xəbər verir ki, təşkilatın sədri Ramiq Vəliyev erməni təcavüzkarlarının Xocalıda törətdiyi qırğınların Azərbaycan xalqının mübarizliyini, iradəsini sarsıtmadığını, əksinə xalqımızın, xüsusilə də gənclərin torpaqlarımızın düşməndən azad olunması istiqamətində daha güclü birləşdiyini, 2016-cı ilin aprel döyüşlərindəki qalibiyyətin bunun açıq sübutu olduğunu vurğuladı. Təşkilatın sədri müsəlman xalqımıza qarşı tarixən də bir çox soyqırım törədildiyini, buna baxmayaraq Azərbaycanın müstəqil dövlət olaraq gücləndiyini qeyd etdi.

Daha sonra çıxış edən təşkilatın sədr müavini Aysel Vəliyeva Xocalı soyqırımını tanıyan ölkələr, eləcə dəbeynəlxalq miqyasda Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilən “Xocalıya ədalət” kampaniyası barəsində məlumat verdi.

Bundan sonra tədbirdə tarix elmləri doktoru, professor, BDU-nun mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri hörmətli Anar İsgəndərovun Xocalı soyqırımı ilə bağlı geniş məruzəsi dinlənildi.

Tədbirdə həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əlizadə və Qarabağ qaziləri çıxış edərək xalqın həmrəyliyinin önəminədiqqət çəkdilər.

Yekun olaraq çıxış edənlərdən Rövşən ƏkbərovGMİİB-in Xocalı soyqırımının tanıdılması ilə bağlı göstərdiyi fəaliyyətlərdən nümunələr göstərdi. GMİİB tərəfindən alman, holland, ingilis, rus, türk və Azərbaycan dillərində hazırlanan, həmçinin həmin ölkələrin sosial şəbəkələrinə məxsus qruplarda, səhifələrdə paylaşılan Xocalı soyqırımına dair həqiqətləri əks etdirən videoların ümumilikdə220 min nəfər tərəfindən izləndiyi qeyd olundu. Tədbirdə GMİİB tərəfindən hazırlanan və üç dildə fəaliyyət göstərən www.xocalisoyqirimi.com saytı da təqdim olundu. Bundan başqa, GMİİB tərəfindən 2016-cı il fevralın 24-dətəşkil edilən beynəlxalq konfrans da diqqətə çatdırıldı. Belə ki, həmin konfransda məruzəçi olaraq Türkiyənin keçmiş təhsil naziri, Türkiyə və Azərbaycan millət vəkilləri, dəyərli alimlərin tarixi faktlara və müasir hüquqa əsaslanan məruzələri dinlənilmişdi.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26