Interposta.Info

İrəvan Dövlət Universitetinin əməkdaşları etiraz edirlər

Ölkə
 6-02-2019, 15:03     10 296

İrəvan Dövlət Universitetinin (YDU), təxminən, 200 əməkdaşı bu gün Ermənistan hökumətinin elmi laboratoriyalarının maliyyələşdirilməsi üçün tenderlərin keçirilməsinə dair qərarına qarşı etiraz aksiyasına başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, etirazçılar hökumət binasına doğru hərəkət edirlər.

"Nazirlər Kabinetinin və Maliyyə Nazirliyinin qərarına əsasən, elmi laboratoriyaların maliyyələşdirilməsi üçün tenderlər tələb olunur. Bu o deməkdir ki, hansısa özəl şirkət bu tenderlərdə iştirak edə bilər, YDU-nun əməkdaşları isə işsiz qalacaqlar. Bizə bu barədə ilin əvvəlində məlumat verildi, bu qərarı heç müzakirə belə edə bilmədik", - universitet əməkdaşlarından biri deyib.

Etirazçıların sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, təxminən, 450 elmi laboratoriya işçisi işsiz qala bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26