Interposta.Info

Hökumətdən ümumtəhsil müəssisəsinin maliyyələşdirilməsi qərarına izah

Ölkə
 11-02-2020, 09:28     306

Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”nin təsdiq edilməsi barədə” qərarın izahını verib.

Bu barədə "İnterPosta"ya Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu normativlər Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün büdcə vəsaitlərinə olan tələbatın proqnozlaşdırılması qaydasını özündə təsbit edir.

Sözügedən təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının (vəsaitlərinin) həddindən asılı olaraq müəyyənləşdiriləcək.
təhsilmaliyyələşdirmənazirlərbüdcəmüəssisələrininüçünümuminövbətisözügedənxərctəsbitmaliyyəproqnozlaşdırılmasıtələbatınnövləriqaydasınıözündəhəddininvəsaitlərinintəxsisatlarının

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26