Interposta.Info

Bu fotolar bütün dünyada marağa səbəb oldu - FOTOSESSİYA

Ölkə
 3-02-2019, 12:41     10 717

Misirin Tuna el-Cəbəl arxeoloji bölgəsində iki yeni məzarlığın kəşf edildiyi açıqlanıb.

Musavat.com CNN Türk-ə istinadən xəbər verir ki, torpaq altında olan məzarlıqdan 40 mumya tapılıb. Bu mumyalardan 10-u uşaqlardan ibarətdir. Misirin köhnə əsərlər naziri Xalid Eneny bu tapıntının erkən Roma və sonrakı dönəmləri əhatə etdiyini bildirib. Ən əsası isə, tapılan mumyaların heç birində zədələnmə baş verməyib. Mütəxəssislər bildirirlər ki, tapılan bu mumyalar orta sinfə aid bir ailəyə məxsusdur.

Fotoları ilk olaraq yayan "Reuters" agentliyi bütün dünyanın diqqətini özünə çəkməyi bacarıb. Bundan başqa, agentlikdə mumyaların sərgilənməsi üçün geniş mətbuat konfransı da keçirilib. Toplantıda Misirin turizm naziri Rana əl Məşhəd və bir çox dövlət adamları da iştirak ediblər.

Bu fotolar bütün dünyada marağa səbəb oldu - FOTOSESSİYA

Misirin turizm naziri Rana əl Məşhəd

Tarixi mənbələrə görə, Tuna əl-Cəbəl kəndində bir vaxtlar 20 minə yaxın insan yaşayıb. Hazırda bu kənd çoxlu sayda tanınmış arxeoloji məzara ev sahibliyi edir.

Bundan başqa, iki gün öncə, 9 illik restavrasiyanın ardından Misir fironu Tutanhamonun mumyası da yenidən sərgilənib.

Qeyd edək ki, ötən il bu ərazidə daha 18 mumya arxoloji qazıntılar zamanı tapılmışdı. Həmin mumyaların da fironun ailəsinə aid olmadığı bildirilmişdi.

İnterPosta.info

Tuna el-Cəbəl kəndindən görüntü

Bu fotolar bütün dünyada marağa səbəb oldu - FOTOSESSİYA
Bu fotolar bütün dünyada marağa səbəb oldu - FOTOSESSİYA
Bu fotolar bütün dünyada marağa səbəb oldu - FOTOSESSİYA

9 illik restavrasiyanın ardından Misir Fironu Tutanhamonun mumyası

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26