Interposta.Info

Efiopiyada 1000 illik itkin şəhər tapıldı -

Ölkə
 18-06-2017, 07:21     556

Ölkənin paytaxtından 300 kilometr şərqdə aparılan arxeoloji qazıntılar nəticəsində itkin düşmüş şəhər aşkarlanıb.
Publika.az xəbər verir ki, arxeoloqlar tapılan şəhərin 10-cu əsrə aid ticarət şəhəri olduğunu ehtimal edir.
Mətbuata yazılı şəkildə edilən açıqlamalarda, şəhərin 10-15-ci əsrlər arasında ölkədə İslamın varlığına və beynəlxalq ticarətin mövcud olduğuna dair mühüm məlumatların aşkarlandığı qeyd olunub.
Qazıntılar zamanı 12-ci əsrə aid məscidin və məzar daşlarının, eləcə də 13-cü əsrə aid Misirin bürünc və gümüş pullarına rast gəlindiyi deyilib. Bu, Afrikada müxtəlif müsəlman cəmiyyətləri arasında tarixi əlaqələrin olduğunu sübut edir.
Exeter Universitetinin Ərəb və İslam İnstitutunun professoru Timoti Insollun sözlərinə görə, tapılan şəhər geniş və zəngin ticarət məkanı olub: “Şəhərin daş evlərində Misir, Hindistan və Çinə aid qədim əşyalar tapılıb".
Qazıntı zamanı tapılan əşyalar içərisində Madaqaskar, Maldiv adaları, Çin və Yəməndən gəldiyi ehtimal edilən bəzək və saxsı qablar da var.

interposta.info
Efiopiyada 1000 illik itkin şəhər tapıldı -
Efiopiyada 1000 illik itkin şəhər tapıldı - Efiopiyada 1000 illik itkin şəhər tapıldı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26