Interposta.Info

Arxeoloqlar ən qədim şahmat fiquru tapdı

Ölkə
 30-11-2019, 23:48     477

Arxeoloqlar İordaniya ərazisində 1,3 min il tarixi olan dünyanın ən qədim şahmat fiqurunu tapıblar.

"İnterPosta.info" Azərtac-a istinadən xəbər verir ki, bu nadir tapıntı Britaniya Kolumbiyasında Viktoriya Universitetinin arxeoloqu Con Olesonun rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın qədim yaşayış məskənində apardığı qazıntılar zamanı aşkar edilib. Tapılan şahmat oyununun top fiquru qumdan düzəldilib və yuxarısında iki xarakterik "buynuz” var. Onun tarixinin VII əsrə aid olduğu müəyyən edilib.

Şahmatın 1500 il bundan əvvəl Hindistanda meydana gəldiyi, sonradan sürətlə qərbə doğru yayıldığı məlumdur. Top fiqurunun tapıldığı ərazi İordaniyanın cənubunda vaxtilə Hindistanla Yaxın Şərqi birləşdirən məşhur ticarət marşrutunun üzərində yerləşir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26