Interposta.Info

Hüsnü Mübarək azadlıqda...

Dünya
 21-03-2017, 18:17     492

Misirin sabiq prezidenti Hüsnü Mübarək azadlığa çıxıb.

Bu barəjə Misirin “Al Youm Al Sabe” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Misir Baş Prokurorluğu martın 13-də Kassasiya Məhkəməsinin H. Mübarəkin azadlığa çıxması barədə qərarını bəyənib.

Məhkəmə sabiq prezidentin nümayişçilərin ölümündə günahının olmadığı barədə qərar verib.

Qeyd edək ki, H. Mübarək, iki oğlu, dövrün daxili işlər naziri Həbib əl-Adili və onun altı köməkçisi 2011-ci ilin yanvar ayında hökumətə qarşı aksiya keçirənləri öldürmək əmri verməkdə ittiham olunurdu. Həmin aksiyalar zamanı 1400-dən çox insan həlak olub.(apa)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26