Interposta.Info

Salyanda qəzada 4 nəfər yaralandı: Biri şöbə sədridir...

Ölkə
 8-01-2019, 19:03     10 313

Bu gün saat 16 radələrində yeni Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Çuxanlı kəndindən keçən 38-ci km-də 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

İnterPosta.info
virtualaz.org-a istinadən məlumatına görə, Neftçala şəhər sakini, 62 yaşlı Ağalarov Mircəfər Mirəhməd oğlunun idarə etdiyi Təhsil İşçiləri Həmkarlar Təşkilatının Neftçala rayon şöbəsinə məxsus 47 AA 081 dövlət nömrə nişanlı "Renault" markalı avtomaşın hərəkətdə olarkən sürücünün ani yuxuya getməsi səbəbindən yol nişanına dəyərək aşıb.

Hadisə nəticəsində avtomaşında olan Təhsil İşçiləri Həmkarlar Təşkilatının Neftçala rayon şöbəsinin sədri, 62 yaşlı Asudə Həsən qızı Cəfərova, təşkilatın mühasibibi və eyni zamanda, Neftçala Qadın Resurs Mərkəzinin sədri 51 yaşlı Gülqədəm Abduləli qızı Mirzəzadə və sürücünün həyat yoldaşı - 62 yaşlı Mirvari Mirəhməd qızı Ağalarova müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə gətiriliblər.

Asudə Cəfəovanın verdiyi məlumata görə, onlar Bakı şəhərində təşkilatın hesabatını verib qayıdırmışlar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26