Interposta.Info

Xanım məmurun əri qəza törətdi -

Ölkə
 5-03-2017, 17:29     839

Xanım məmurun əri qəza törətdi -

Neftçala şəhəri Nizami küçəsindəki lombardın qarşısında dayanmış 90 SK 242 dövlət nömrə nişanlı, rayon sakini Abasqulu Hümmətova məxsus VAZ-21011-ə arxadan “Kia Sportages” markalı avtomobil çırpılıb.

Virtualaz.org xəbər verir ki, qəza nəticəsində VAZ-a xeyli ziyan dəysə də, “Kia Sportages” markalı avtomobil qəza yerində dayanmayaraq uzaqlaşıb.

Sonradan hadisə yerinə gəlmiş yol polisi əməkdaşları tərəfindən qəza yerində düşmüş 99 XA 599 dövlət nömrə nişanına əsasən müəyyən olunub ki, həmin nəqliyyat vasitəsi Neftçala rayon sakini Abı Sadıqova məxsusdur.

Qeyd edək ki, qəza törətmiş şəxs Neftçala rayon icra başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqovanın həyat yoldaşıdır.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26