Interposta.Info

CAR-da dəhşətli qəza: 13 nəfər diri-diri yandı

Ölkə
 9-12-2018, 22:14     372

Cənubi Afrika Respublikasında mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində azı 13 nəfər ölüb.

Oxu.Az xəbər verir ki, magistral avtomobil yolunda baş verən qəzadan dərhal sonra hər iki avtomobildə güclü yanğın başlayıb, nəticədə azı 13 nəfər diri-diri yanıb.

Hadisə yerindən cəmi dörd nəfəri xilas etmək mümkün olub. Onlar müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Kvazulu-Natal əyalətində baş verən qəzanın səbəbləri hələlik məlum deyil.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26