Interposta.Info

Rusiyada üç nəfər avtomobildə

Dünya
 10-05-2017, 13:42     487

Rusiyada avtomobildə üç nəfərin yanmış meyiti tapılıb.

APA-nın RİA "Novosti”-yə istinadən verdiyi məlumata görə, hadisə ötən gün Tomsk vilayətinin Parabelski rayonunda qeydə alınıb.

Mayın 9-a keçən gecə Novoseltsovo kəndi yaxınlığında yanğınsöndürənlər yanan minik avtomobilini söndürdükdən sonra üç kişinin yanmış meyitini aşkarlayıblar. Ölənlərin şəxsiyyəti müəyyən edilib.

Ehtiyatsızlıq nəticəsində iki və daha çox şəxsin ölməsi maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs və ya şəxslər dörd ilədək azadlıdan məhrum edilə bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26