Interposta.Info

Cəlilabadda ağır qəza: ölən və yaralananlar var

Ölkə
 29-09-2019, 11:06     10 394

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

"İnterPosta.info" Report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Dələli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.

Avtomobildə olan şəxslər Masallı rayon sakinləridir.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26