Interposta.Info

zərbaycanda qatar maşını vurdu: Ölən və yaralananlar var

Ölkə
 5-04-2017, 12:36     658

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib

Sabirabadda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, qəza Sabirabad rayonunun Osmanlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, qatar “QAZ 31” markalı 54 BJ 709 dövlət nömrə nişanlı minik avtomobilini vurub.

Qəza nəticəsində avtomobildə olanlardan iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Xəsarət alan şəxs Şirvan şəhər xəstəxanasına yerləşdirib. Ölənlərdən birinin Sabirabad rayonu Hacıbəbir kənd sakini, 1972-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlu olduğu bildirilir. Qəzanın təfərrüatları, ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26