Interposta.Info

Lənkərandakı yol qəzasında ölənlərin adları məlum olub

Ölkə
 16-08-2017, 10:57     9 690

Lənkəranda baş veran ağır yol qəzasında ölənlərin və 5-ci yaralının kimliyi məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, ölənlər Lənkəranın İstisu kənd sakinləri - “VAZ 2107”nin sürücüsü Kamran Xudiyev və sərnişini, 1972-ci il təvəllüdlü Səbirə İmran qızı Əlimirzəyevadır. Qəza zamanı xəsarət alan 5-ci şəxs isə Facir Mahir oğludur. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

***

07:14

Lənkəran rayonunun Liman şəhərində iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında xəsarət alan 5 şəxsdən 4-nün şəxsiyyəti müəyyənləşdirilib.

APA-nın cənub bürosunun məlumatına görə, xəsarət alanlar - Astara sakini 1984-cü il təvəllüdlü Süleymanov Rüstəm Tarif oğlu (“Mercedes”in sürücüsü), Sumqayıt sakinləri 1980-ci il təvəllüdlü Hüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlü Mikayılova İradə və Lənkəran rayon sakini Əlizadə Elməddin Cabbar oğludur.

Qəzanın bəzi təfərrüatları məlum olub. İlkin məlumata görə, iribuynuzlu heyvanın yola qəfil çıxması səbəbindən “Mercedes”in sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil heyvanı vurub öldürüb, daha sonra “VAZ”a çırpılıb. Qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Ölən şəxslərin "VAZ"-ın sürücüsü və sərnişini olduğu bildirilir.

****

06.18

Lənkəranda ağır qəza baş verib, ölən və yaralananlar var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ 2107" və "Mercedes" markalı iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ölən şəxslərin "VAZ"-ın sürücüsü və sərnişini olduğu bildirilir.

Yaralılardan ikisinin vəziyyəti ağırdır, onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Qəzanın təfərrüatları, ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir. Ətraflı məlumat veriləcək.

interposta.info
Lənkərandakı yol qəzasında ölənlərin adları məlum olub
Lənkərandakı yol qəzasında ölənlərin adları məlum olub
Lənkərandakı yol qəzasında ölənlərin adları məlum olub

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26