Interposta.Info

Nigeriyada terrorçular 15 nəfəri öldürüb, kənd imamı və ailə üzvləri diri-diri yandırılıb

Dünya
 1-11-2018, 21:54     10 454

Nigeriyada terrorçuların Borno əyalətinin 4 kəndinə hücumu nəticəsində 15 nəfər öldürülüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, kəndə “Boko Haram” terrorçu qruplaşmasının hücum etdiyi ehtimal olunur.

Terrorçuların sayı 200-dən çox olub və mülki sakinlərə odlu silahlardan atəş açıblar.

Abba Malumati kəndində 8, Daloridə 2 nəfər öldürülüb. Kofa kəndində isə terrorçular kəndin imamını və onun ailəsinin 4 üzvünü diri-diri yandırıblar.

Hücum zamanı kəndin sakinləri çay istiqamətində qaçıb. Onların bəzilərinin suda boğulduqları ehtimal olunur.

Hüquq-mühafizə orqanları ölənlər və yaralananlar barədə hələ ki rəsmi açıqlama verməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26