Interposta.Info

Bakıda dəhşətli qəza:

Ölkə
 14-04-2017, 11:55     628

Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

interposta.info
xəbər verir ki, Suraxanı rayonunda VAZ və KİA markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın nəticəsində VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb və avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub.

Əməliyyat saat 09:02-də başa çatıb.

Report-a istinadən videonu təqdim edirik.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26