Interposta.Info

Nazir müavini: "Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək"

Ölkə
 20-11-2018, 13:50     10 411

Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək.

İnterPosta.info xəbər verir ki, bu barədə "Report"un Qərb bürosuna fövqəladə hallar nazirinin müavini Etibar Mİrzəyev məlumat verib.

E.Mirzəyev bildirib ki, sakinlər üçün yeni bina tikilərək təhvil veriləcək: "Hazırda axtarış və təmizləmə işləri davam etdirilir. Binanın bir blokunda yerləşən dörd mənzil tamamilə dağılıb. Dördüncü və üçüncü mərtəbələrdə yaşayış olmayıb. Partlayış birinci mərtəbədə baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralıdır. Hazırda tədqiqatçılar və mütəxəssislər partlayışın baş verdiyi ərazidə araşdırma aparırlar. Hadisənin dəqiq səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat veriləcək".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26